525.Az

Çavuşoğlu: "Aİ Türkiyəni sıralarına daxil etməlidir, çünki..."


 

Çavuşoğlu: "Aİ Türkiyəni sıralarına daxil etməlidir, çünki..."<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyəli nazir daha sonra əlavə edib: "Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Aİ-nin marağındadır".

M.Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.

 





22.11.2018    çap et  çap et