525.Az

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri çoxmillətli təlimlər keçirir


 

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri çoxmillətli təlimlər keçirir<b style="color:red"></b>

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.

Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.

 





22.11.2018    çap et  çap et