525.Az

“Kaspi”nin Masazır filialında Payız bayramı - Foto


 

“Kaspi”nin Masazır filialında Payız bayramı - <b style="color:red">Foto</b>

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialında payız fəslinə həsr olunan “Payız bayramı” adlı ədəbi-bədii tədbir keçirilib.

Azərbaycan və rus bölmələrində keçirilən bu bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyri, təsirləri haqqında məlumat verilib.

Bununla yanaşı, uşaqlar müəllimləri ilə birlikdə payız fəslinə aid müxtəlif əl işləri hazırlayıblar. Uşaqlar payız fəslinə aid şerlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialının məktəbəqədər hazırlıq kursunun rus bölməsi üzrə müəlliməsi Nailə Nağıyevanın dediyinə görə, maraqlı payız personajlari – Payız qızı,  Meyvələr, Çiçəklər rəngarəng görünüşləri ilə səhnəni bəzəyiblər. Rus dilində səsləndirilən şeirlər, mahnılar və uşaqların rəqsi səhnədə gözəl harmoniya yaradıb: “Payız fəsillərdən ən gözəlidir. Bu fəsildə ətrafimizda o qədər gözəlliklər olur ki, insan baxmaqdan doymur.İlahinin insanlara bəxş etdiyi bütün rəng çalarlarini bu fəsildə görmək olar. Biz filialımızda təşkil etdiyimiz “Payız bayramı”nda da uşaqlara bu payız fəslinin bu gözəlliləri barədə ətraflı məlumatlar verməyə çalışdıq”.

Filialın fəaliyyəti haqda məlumat verən Nailə Nağıyeva bildirib ki, Kaspi Təhsil Şirkətinin Kaspi Masazır filialı 2014-cü il sentyabrın 6-dən fəaliyyətdədir. Burada 4,5,6 yaşlı uşaqlar Azərbaycan və rus bölmələri üzrə məktəbə hazırlanır. Proqrama savad təlimi, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürlərin inkişafı, ətraf aləmlə tanışlıq, intellektual oyunlar, ingilis dili, fiziki tərbiyə, rəsm və əmək daxildir. Filialın peşəkar müəllimləri uşaqların var olan bacarıqlarını inkişaf etdirməyə və yeni bacarıqlar qazanmasına dəstək olurlar.

Nailə Nağıyevanın sözlərinə görə, filialda məktəbəqədər yaşlı uşaqlar, məktəb yaşlı uşaqlar və böyüklər üçün xüsusi ingilis dili proqramları, 4-6 nəfərlik kiçik ölçülü  qruplar  fəaliyyət göstərir:
 
“Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir.
 
Filialda məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, onlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir”.

 





23.11.2018    çap et  çap et