525.Az

Dorenko Paşinyanı necə ifşa etdi?


 

“KÜÇƏ DEMOKRATİYASI”NIN NƏ İLƏ BİTƏCƏYİNİ GÖRƏCƏYİK”

<b style="color:red">Dorenko Paşinyanı necə ifşa etdi? </b>

Məşhur rusiyalı jurnalist, “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında yaranmış gərginlik davam edir.

Medianın yazdığına görə, Ermənistanın Moskvadakı səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında “heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib.

Səfirlik Dorenkonun “Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib” sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Həmçinin,  jurnalistin Paşinyanı cinsi azlıqların Yerevanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də “erməni liderin imicinə vurulan ciddi zərbə” kimi qiymətləndirib. S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

Dorenko Paşinyanın cinsi azlıqlar məsələsindəki mövqeyini dumanlı adlandırıb. Onu ən çox təəccübləndirən Paşinyanın bu məsələni parlamentdə qaldırması olub. Xüsusən də Paşinyanın Parisdə erməni geylərlə bağlı rastlaşdığı faktı açıqlaması onu çaşdırıb: “Məndə belə qənaət formalaşır ki, Paşinyanın dəqiq siyasi, ola bilsin dəqiq seksual baxışı mövcud deyil. Onun parlamentdə belə bir məsələdən danışması onu deməyə əsas verir ki, bu oğlanın cinsi azlıqlara rəğbəti var”.

Qeyd edək ki, Ermənistan mediası da, LGBT-nin aktivləşməsinə birbaşa Paşinyanın özünün dəstək verdiyini yazır.

“Paşinyan hələ jurnalist olaraq LGBT hərəkatının legitimləşdirilməsi ideyasını dəstəkləyirdi. Görünür, o, hakimiyyətə gəlməsindən istifadə edərək, keçmiş arzusunu həyata keçirir”, deyə bir qədər əvvəl bu ölkədə cinsi azlıqların dəstəklənməsinə dair keçirilmiş forum barədə erməni mediası yazıb. Erməni politoloq Arman Qukasyan isə Paşinyan hakimiyyətini bu məsələyə müdaxilə etməməkdə ittiham edib. Onun fikrincə, yeni hakimiyyət LGBT hərəkatının Ermənistan cəmiyyətində aktivləşməsində maraqlıdır.

Nikol Paşinyanın bu məsələdə  konkret mövqe nümayiş etdirməməsi isə homoseksualizmin nə olduğunu izah etməyə cəhdi  onun siyasi fiqur kimi imicinə zərbə vurdu.

Ekspertlər isə Dorenkonu kifayət qədər ağıllı, savadlı jurnalist və analitik kimi xarakterizə edirlər. Onlar hesab edirlər ki, Dorenko milləti təhqir etməyib, sadəcə, Paşinyan və onun hakimiyyəti jurnalistin yazdığı həqiqətləri “erməni xalqının təhqiri” kimi qavramağa cəhd göstərir.

Politoloq Qabil Hüseynli hesab edir ki, Dorenko tanınmış jurnalist və savadlı insandır. Onun hansısa milləti təhqir etməsi inandırıcı deyil: “Sadəcə, Paşinyan özü, digər Yeravan rəsmiləri məsələyə bu cür yanaşmağa cəhd göstərir. Rusiyalı jurnalist erməni xalqına deyil, Paşinyan hakimiyyətinin səriştəsizliyindən, onun bacarıqsızlığından yazıb. Bu yazdıqları da həqiqətdir. Həqiqətən də Paşinyan siyasət adamı yox, küçə adamıdır. O, siyasətin nə olduğunu anlamayan bir adamdır. İstər daxili siyasət olsun, istərsə də xarici siyasət olsun, nəyin necə olduğunu anlamır. İstiqaməti, siyasi xətti olmayan miskin bir insandır”. Q.Hüseynli deyib ki, Dorenkoya qarşı Ermənistan səfirliyinin “Paşinyanın imicinə ciddi zərbə vurub” ittihamı gülüş doğurur: “Paşinyanın hansı xarizması, imici var ki, ona zərbə vurulsun?! Siyasi kəmsavad adamın nə imici ola bilər ki? Dorenko erməni baş nazirin səriştəsizliyindən yazıb ki, bu da ortada olan faktdır. Söz azadlığı çərçivəsində Dorenko fikirlərini rəhbərlik etdiyi orqanda işıqlandırıb. Ermənistan hakim dairələri, rəsmi qurumlarının jurnalistə qarşı “səlib yürüşü” etməyə nə mənəvi, nə də hüquqi haqqı var. Mən hesab edirəm ki, rəsmi Moskva Ermənistan rəhbərliyinə, səfirliyinə vətəndaşı olan, tanınmış ictimai xadimi olan bir şəxsə, jurnalistə hücumlara görə, öz xəbərdarlığını edəcək”.

Millət vəkili Zahid Oruc isə bildirib ki, Rusiya informasiya məkanında Paşinyanla bağlı yaranan vəziyyət qətiyyən həmin ölkənin dövləti maraqları ilə bağlı deyil: “Bir çoxlarına elə gəlir ki, hazırda İrəvanda baş qaldıran məlum inqilabi proseslər Kremlin İrəvana zərbəsidir. Və ya Moskvanın əmri, tapşırıqları var ki, Rusiyanın bütün media məkanı Paşinyanın əleyhinə təşkilatlansın və onu hər addımında “vursun”. Bu yanaşmanın yanlış olduğunu düşünürəm. Bu mənada hesab edirəm ki, Dorenkonun açıqlamasını bir jurnalistin həqiqətləri görərək müstəqil şəkildə dilə gətirməsi kimi dəyərləndirməliyik. Dorenko yetirincə müstəqil bir jurnalistdir və böyük nüfuza malikdir”. Deputat deyib ki, Dorenkonu idarə etmək elə də asan iş deyil: “Belə olan halda Dorenkonun Kremlin tapşırığı ilə Paşinyanı vurması düzgün yanaşma sayıla bilməz. Ermənistanın Rusiyadakı səfirliyinin əl-ayağa düşərək problemdən çıxış yolu üçün irəli sürdüyü arqumentlər doğrudan da çox kəsərsizdir. Bu hal sübut edir ki, o adamlar yenə də Sarkisyan dövrünün qaydaları ilə işləyirlər. Baxın, Dorenko hər hansı bir müstəqil fikir yürütmək üçün mütləq Ermənistanın Rusiyadakı səfirliyindən icazəmi almalıdır? Bu, qətiyyən belə olmalı deyil. Burada ən başlıca məsələ odur ki, Dorenko tabloda Paşinyanı təsvir edib. Həqiqətən də siyasətdə formalaşma, dövlət idarəçisinə çevrilmə mühüm bir missiyadır. Feysbuk səhifəsi arxasından bəyanat vermək hələ idarəçilik demək deyil. Paşinyanın küçə demokratiyasının nə ilə bitəcəyini görəcəyik. “Paşinyan regional və beynəlxlaq aləmdə nüfuzlu lider kimi qəbul olunurmu? Xeyr. Paşinyan demokratikdirmi? Əlbəttə, yox. Bu gün Dorenkonun söylədikləri ilə Ermənistanın ucqar bir kəndində sosial çətinliklər məngənəsində sıxılan bir vətəndaşının fikirləri bir-birinə çox yaxındır”.

PƏRVANƏ

 





24.11.2018    çap et  çap et