525.Az

Əbülfəs Qarayev BMT Baş katibinin müavini ilə görüşdü


 

Əbülfəs Qarayev BMT Baş katibinin müavini ilə görüşdü<b style="color:red"></b>

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə. Qarayev BMT-nin qlobal kommunikasiyalar üzrə departamentinə 2017-ci ildə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirib. Bunun forumun və müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd edib.

Xanım Alison Smeyl öz növbəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib və gələcəkdə bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını söyləyib.

Sonra 2019-cu ildə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da BMT vasitəsilə canlı yayımının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

 





23.11.2018    çap et  çap et