525.Az

Özünüməşğulluq proqramı çərçivəsində 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb


 

Özünüməşğulluq proqramı çərçivəsində 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, iki gün ərzində 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub. Dünən olan məlumata görə, cari ildə özünüməşğulluq proqramı çərçivəsində ölkəmizin bölgələrində artıq 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb. Onların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir ki, bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilib.

CEYHUN

 





23.11.2018    çap et  çap et