525.Az

Nazirlikdə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ilə görüş


 

Nazirlikdə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ilə görüş <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri İan Duqlas Travers, Gidrius Kadziauskas, özəl sektor üzrə layihə rəhbəri Lili Begiaşvili ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi məqsədilə aparılan islahatlar barədə məlumat verib.

M.Kərimli islahat tədbirlərinin əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasına, həyata keçirilən nəzarət tədbirlərinin mütərəqqi sistemlə əvəz olunmasına, videoçəkilişlərin aparılması, elektron protokolların tərtibi imkanlarının reallaşdırılmasına yönəldiyini deyib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin bu sahənin inkişafı üçün verdiyi imkanlardan bəhs olunub.

Qeyd edilib ki, bu sistemin digər aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət etmək imkanı yaranacaq. Aparılan islahatların sürətləndirilməsi üçün nazirlikdə İşçi Qrupunun fəaliyyət göstərdiyi, həyata keçirilən islahatlarda BƏT-lə fəal əməkdaşlığın həyata keçirildiyi, əmək qanunvericiliyi və bu qanunvericiliyin tətbiqi ilə bağlı işəgötürənlər arasında ardıcıl maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.

Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ölkəmizdə əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan islahatların təqdirəlayiq olduğunu bildirib, risk əsaslı yanaşmaların tətbiqi ilə bağlı öz təkliflərini diqqətə çatdırıblar.

C.ABASOV

 





23.11.2018    çap et  çap et