525.Az

UNEC rektoru "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin sədrini qəbul etdi


 

UNEC rektoru "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin sədrini qəbul etdi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin sədri Adnan Nəcəfovla görüşü keçirilib.

Tələbələrlə iş üzrə prorektor,  dosent Səadət Qəndilovanın da iştirak etdiyi görüşdə İctimai Birliyin həyata keçirdiyi tədbirlər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib.

Tələbə ictimaiyyəti üçün əhəmiyyətli tədbirlər həyata keçirmiş "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyi bitmiş dövr ərzində xeyriyyə layihələrinə ("Boomerang"), müsabiqələrə ("Business 360°"), təlimlərə, görüşlərə imza atmış, tələbələrin böyük marağına səbəb olan Kitab klubunun fəaliyyətinə start verilib.

Xüsusi maraq doğurmuş tədbirlər sırasına Orxan Şahbaz tərəfindən keçirilmiş "İnsan davranışı haqqında" təlimi, Elmir Əkbər tərəfindən keçirilmiş "Müasir gənclərin psixoloji problemləri" mövzusunda təlimi və Orxan Mahmudovun  "Lidelik və sosial dəyişim" adlı təlimi aid etmək olar.

UNEC rektoru, professor Ədalət Muradova "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin "Conversation club", "Erasmus+" kimi layihələri, həmçinin, Bakıda, Cocuq Mərcanlıda, Gəncədə, Şəmkirdə və Şəkidə "Kitab AT" kimi aksiyaların  uğurla həyata keçirilməsi, əlamətdar günlərə həsr olunmuş tədbirlərdə tələbələrin aktiv iştirakı barədə məlumat verilib.

Bildirilib ki, 13 noyabr 2018-ci il tarixində baş tutmuş Gənclərin V Respublika Sərgisində UNEC-i "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyi təmsil edib.

UNEC rektoru, professor Ədalət Muradov görülən işləri qiymətləndirərək, bəzi tövsiyələr verdi və Adnan Nəcəfova gələcək fəaliyyətində uğurlar arzulayıb.

S.QARAYEVA

 





23.11.2018    çap et  çap et