525.Az

Lənkərandakı "Böyük oyun" ilə bağlı cinayət işi açıldı


 

Lənkərandakı "Böyük oyun" ilə bağlı cinayət işi açıldı<b style="color:red"></b>

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən insidentlə bağlı cinayət işi açılıb.

Lənkəran Rayon Polis Şöbəsindən  APA-ya verilən məlumata görə, oyun bitəndən sonra  hər iki komandanın azərkeşləri arasında insident baş verib . Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin  221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Polis  əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin  baş vermiş hadisəyə müdaxiləsi nəticəsində vəziyyət stabilləşib.

İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların  bir neçə əsgəri yüngül xəsarət alıb.

Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

 

 





26.08.2013    çap et  çap et