525.Az

İsa Muğannaya görə ədalətsizliklərin təməlində nə dayanır? - Orxan Aras - ANONS


 

İsa Muğannaya görə ədalətsizliklərin təməlində nə dayanır? - Orxan Aras - <b style="color:red">ANONS</b>

"İsa Muğanna da Henrix Böll, Ernest Heminquey, Sven Hassel, Lev Tolstoy kimi böyük bir müharibəyə şahidlik etmiş və müharibənin kitabını yazmışdır. Muğannanı başqa yazıçılardan ayıran xüsusiyyəti müharibəyə gedənləri deyil, müharibənin özünü deyil, arxa cəbhədə qalanları yazmasıdır. Maksim Qorki deyirdi ki: “Sovetlər İttifaqındakı kişilər tariximizdən günümüzə qalmış qadınlara olan utanc borcunu ödəməlidirlər”. İsa Muğanna bu borcunu müharibə illərinin qadınlarını öz hekayələrində içdən ifadə edərək ödəmişdir. Çörəyi atasız övladının boğazından iniltiylə udduran anaların ürək sözlərini sadəcə bu torpaqlarda yetişən, dünyanın ən şirin dili ilə danışan bir insan verə bilərdi. Bu insan İsa Muğannadır" - Orxan Arasın "İdeal Muğanna" yazısından parça

- Orxan Arasa görə İsa Muğanna dünya ədəbiyyatından kiminlə müqayisə edilməlidir?

- "Tütək səsi"ndə Cümrünün dam üzərindəki çalğısı nəyə işarədir?

- Dil İsa Muğanna üçün nə ifadə edirdi?

- Tomas Mann 1933-cü ildə Almaniyanı tərk edərək Amerikaya mühacirət edəndə dil haqqında nə demişdi?

- İsa Muğannaya görə ədalətsizliklərin, zülmlərin təməlində nə dayanır?

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





24.11.2018    çap et  çap et