525.Az

ABŞ Pakistanla terrorizmlə mübarizə sahəsində əməkdaşlığı aktivləşdirəcək


 

ABŞ Pakistanla terrorizmlə mübarizə sahəsində əməkdaşlığı aktivləşdirəcək<b style="color:red"></b>

ABŞ rəhbərliyi Pakistana Xanqu şəhərində partlayış nəticəsində 30 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, ABŞ hakimiyyəti Pakistanla terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir:

"ABŞ Pakistanın Karaçi və Orakzay dairələrində baş verən və 30-dan artıq insanın ölümünə səbəb olan hücumları kəskin pisləyir. Biz həlak olanların ailələrinə başsağlığı veririk və xəsarət alanların tezliklə sağalmasını diləyirik. ABŞ regionda Pakistan hakimiyyəti ilə bu təhlükələrlə mübarizədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar axtarmağa davam edəcək".

Qeyd edək ki, Pakistanın Xanqu şəhərində baş verən partlayış nəticəsində azı 30 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Bundan əlavə, Karaçi dairəsində silahlıların Çinin Baş konsulluğuna hücumu nəticəsində 2 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb.

 





24.11.2018    çap et  çap et