525.Az

Honduras prezidentinin qardaşı ABŞ-da saxlanıldı


 

Honduras prezidentinin qardaşı ABŞ-da saxlanıldı<b style="color:red"></b>

Honduras prezidenti Xuan Orlando Ernandesin qardaşı Xuan Antonio Ernandes ABŞ-ın Mayami şəhərində saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Honduras prezidentinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, ölkə prezidentinin onun qardaşının saxlanılmasından xəbərdardır, lakin baş verənlərə müdaxilə etmək niyyətində deyil:

"Bu cür hallarda prezident və onun höküməti hər kəsin özünün öz hərəkətlərinə görə məsuliyyət daşıması prinsipinə əsaslanır və bu məsuliyyət başqalarının üzərinə qoyula bilməz".

Mətbuat xidmətində prezidentin qardaşının saxlanılmasının səbəbi açıqlanmır.

"Primera Voz" portalının məlumatına əsasən, Xuan Antonio Ernandes Mayamidən Nyu-York məhkəməsinə gətirilib.

 





24.11.2018    çap et  çap et