525.Az

İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirdi


 

İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirdi<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) növbəti - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsini davam etdirib.

Müzakirələrdə Aİİ-nin müəllimi - ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev tədbirə moderatorluq edib.

Müzakirələrdə “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi” mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Diskussiyada İslam həmrəyliyinin vacibliyindən danışan tədbir iştirakçıları dünyada qloballaşma prosesinin getdiyini və bu faktorun ayrı-ayrı məkanlarda qarşıdurmalara səbəb olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, məzhəbçilik və təriqətçilik hallarına qarşı maarifçilik prinsipindən çıxış etmək zəruridir. Onlar orta məktəblərdə milli-mənəvi, həmçinin, dini dəyərlərimizlə bağlı biliklərin verilməsinin vacibliyini qeyd ediblər. Bu biliklərə bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin öyrənilməsi, eləcə də dini radikalizm haqqında məlumatlar daxildir. Tədbir iştirakçıları Qurani-Kərimdə bütün müsəlmanların sülhə, birliyə və vəhdətə çağırıldığını qeyd ediblər. Vurğulanıb ki, dini zəmində ixtilafların süni şəkildə qabardıldığı bir zamanda, Azərbaycanda Vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyulub.

Disskussiya məzhəblərarası problemlərin aradan qaldırılma üsulları, dinin cəmiyyətdəki funksiyaları, dünya üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti və onlara qarşı intellektual mübarizənin yolları haqqında müzakirələrlə davam etdirlib.

S.QARAYEVA

 





25.11.2018    çap et  çap et