525.Az

İsraildə Baş Qərargah rəisi təsdiq olundu


 

İsraildə Baş Qərargah rəisi təsdiq olundu<b style="color:red"></b>

İsrail Hökuməti general Aviv Kohavini Baş Qərargah rəisi vəzifəsinə təsdiq edib.

Trend-in məlumatına görə, Kohavi Livanda və Fələstin ərazilərində döyüşüb, həmçinin hərbi kəşfiyyata rəhbərlik edib.

2019-cu ilin yanvar ayında Kohavi 4 il ərzində Baş qərargaha rəhbərlik edən Qadi Ayzenkotu əvəzləyəcək.

Aviv Kohavinin 54 yaşı var. Xatırladaq ki, o 2017-ci ildən Baş qərargah rəisinin müavini vəzifəsində çalışıb.

 





26.11.2018    çap et  çap et