525.Az

500-dən artıq miqrant Meksikadan ABŞ-a keçməyə cəhd edib


 

500-dən artıq miqrant Meksikadan ABŞ-a keçməyə cəhd edib<b style="color:red"></b>

Mərkəzi Amerika ölkələrindən olan 500-dən artıq qeyri-leqal miqrant Meksika ərazisindən ABŞ-a keçəməyə cəhd ediblər.

Trend-in məlumatına görə, sərhədi qeyri-leqal üsulla keçmək istəyən miqrantlara qarşı ABŞ polisləri gözyaşardıcı qazdan istifadə ediblər. İnsident nəticəsində xəsarət alanlar və ya saxlanılanlar barədə məlumat verilmir.

Miqrantların sərhədi keçməyə cəhdlərindən sonra ABŞ-ın Gömrük-Sərhəd Xidməti San-Diyeqo və Tixuana şəhərləri arasında yerləşən "San-İsidro" sərhəd keçidini bağlayıb.

 





26.11.2018    çap et  çap et