525.Az

Solovyov: "Çətin ki, digər prezidentlər Əliyev və Putinlə müqayisə olunsunlar"


 

Solovyov: "Çətin ki, digər prezidentlər Əliyev və Putinlə müqayisə olunsunlar"<b style="color:red"></b>

Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.

V.Solovyov bildirib ki, İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub.

Onun sözlərinə görə, ölkə başçısı söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Rusiyadan xeyli jurnalistin adını çəkib:

“Hiss edirdim ki, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində bu cür materiallarla problemi olmur”.

RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: 

“Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”.

 





26.11.2018    çap et  çap et