525.Az

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert


 

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert <b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə ADMİU-nin musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb.

Daha sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Konsertdə tələbələrin ifasında Qara Qarayevin yaradıcılığının müxtəlif dövrlərində yazdığı əsərlər səsləndirilib.

Qeyd edək ki, “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın və Azərbaycanın digər görkəmli bəstəkarlarının yaradıcılığına həsr olunmuş möhtəşəm konsertlər keçirilib.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və caz musiqinin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Belə ki, noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş "Baku Sound" adlı caz konserti keçiriləcək.

 





26.11.2018    çap et  çap et