525.Az

“Şimal-Cənub” layihəsi Rusiya-Azərbaycan əməkdaşlığının əsas nöqtələrindəndir”


 

“Şimal-Cənub” layihəsi Rusiya-Azərbaycan əməkdaşlığının əsas nöqtələrindəndir” <b style="color:red"></b>

“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Rusiya və Azərbaycanın siyasi əməkdaşlığının əsas nöqtələrindən biridir və bu dəhlizin əhəmiyyəti hər iki dövlət üçün böyükdür.

Bunu Trend-ə Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarının inkişafı üçün işçi qrupunun yaradılması barədə razılaşmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Rusiya üçün əhəmiyyəti ilk növbədə geosiyasi səbəblərdən, xüsusilə də Şərqdə diplomatik və iqtisadi mövcudluğun genişləndirilməsi baxımından vacibdir:

“Azərbaycan üçün bu dəhliz iqtisadi cəhətdən maraqlıdır: ölkə Qərb bazarına birbaşa çıxış əldə edir, eləcə də beynəlxalq nəqliyyat qovşağı statusunu alır. Ona görə də ölkələrimiz üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin potensial səmərəsi tam real və anlaşılandır”.

Analitik qeyd edib ki, Rusiya və Azərbaycanla yanaşı layihədə İran da iştirak edir:

“İran tərəfinin bu gün obyektiv problemləri var. 2018-ci ildə ABŞ İranla nüvə sazişindən çıxdı və ölkəyə yeni sanksiyalar tətbiq etdi ki, bu da İran iqtisadiyyatına ciddi zərbə vurdu. Eyni zamanda rialın məzənnəsinin düşməsi və ərzaq qiymətlərinin qalxması, eləcə də quraqlıq sosial etirazlara səbəb oldu”.

Ekspert əlavə edib ki, Rusiya və Azərbaycan layihə üzərində işini davam etdirir və dəhlizin bu ölkələrlə bağlı məsələləri müddətə uyğun reallaşdırılacaq.

 





26.11.2018    çap et  çap et