525.Az

Ukrayna Millətlər Assambleyası Azov dənizindəki hadisə ilə bağlı bəyanat yaydı


 

Ukrayna Millətlər Assambleyası Azov dənizindəki hadisə ilə bağlı bəyanat yaydı <b style="color:red"></b>

Ukrayna Millətlər Assambleyası (UMA) Azov dənizindəki hadisə ilə bağlı bəyanat yayıb.

Təşkilatdan “Report”a bildiriblər ki, sənəddə həmin hadisələr BMT Nizamnaməsinin və Dəniz Hüququ Konvensiyasının, Azov dənizi və Kerç boğazının istifadəsi ilə bağlı əməkdaşlıq müqaviləsinin pozulması kimi dəyərləndirilir.

“Mövcud vəziyyəti aradan qaldırmaq üçün hər cür diplomatik və siyasi tədbirlərin görülməsinin vacib olduğu qənaətindəyik. Ukraynanın bütün siyasi qüvvələrini, milli cəmiyyətlərini ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün birlik və həmrəyliyə çağırırıq. Ukrayna Millətlər Assambleyası lazım gələrsə, Prezidentin, Ali Radanın, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi vəziyyətin tətbiqi barədə qərarlarını dəstəkləyəcək”, - bəyanatda vurğulanıb.

 





26.11.2018    çap et  çap et