525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondundan "Uşaqlar gülərsə dünya güləcək” layihəsi


 

Mənəvi Dəyərlərin Təbliği Fondundan "Uşaqlar gülərsə dünya güləcək” layihəsi <b style="color:red"></b>

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Uşaqlar gülərsə dünya güləcək” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən 1 saylı, Suraxanı rayonunda yerləşən 2 saylı və Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evlərində görüşlər olub və uşaqlara hədiyyələr təqdim edilib.

Tədbirlərdə Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, direktorlar, tərbiyəçilər iştirak ediblər.

İştirakçılar öz çıxışlarında mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq gələcəyi, onların inkişafı ilə bağlı fikirlər səsləndiriblər.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Uşaq Evlərində məskunlaşmış 400-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.

 





27.11.2018    çap et  çap et