525.Az

Cümhuriyyətlə bağlı beynəlxalq konfrans olacaq


 

Cümhuriyyətlə bağlı beynəlxalq konfrans olacaq<b style="color:red"></b>

Noyabrın 30-dan dekabrın 1-dək "Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri" mövzusunda beynəlxalq elmi konfrans olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin 25 illiyinə həsr olunub.

Tədbirin təşkilatçıları Tarix İnstitutu və Azərbaycan Tarix Qurumudur.

Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrdən olan alimlər də məruzələrini təqdim ediblər. Konfrans "Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir" və "Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə" adlı bölmələrdə fəaliyyət göstərəcək.

Beynəlxalq konfransın açılış mərasimi noyabrın 30-da, saat 10:00-da AMEA-nın əsas binasının kiçik akt zalında olacaq.

C.ABASOV

 





27.11.2018    çap et  çap et