525.Az

"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzusunda tədbirlər davam etdirilir


 

"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzusunda tədbirlər davam etdirilir<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzüsunda tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, növbəti tədbirlər Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarında keçirilib.

Bu tədbirlərdə işəgötürənlərin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"ndan irəli gələn vəzifələrin icrası sahəsində sosial partnyorluq müstəvisində görüləcək işləri ətraflı müzakirə ediblər.

Qarşıda duran əsas vəzifələrdən birinin qeyri-rəsmi məşğulluğa yol verilməsi hallarının qarşısının alınması olduğu vurğulanıb.

Bu istiqamətdə tədbirlərin gücləndirilməsi, habelə işsiz və işaxtaranların münasib işlərlə təminatı istiqamətində işəgötürənlərlə birgə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı sosial dialoq çərçivəsində müzakirələr aparılıb.

CEYHUN

 





27.11.2018    çap et  çap et