525.Az

Ukrayna parlamenti hərbi vəziyyətin tətbiq edilməsini təsdiqlədi


 

Ukrayna parlamenti hərbi vəziyyətin tətbiq edilməsini təsdiqlədi <b style="color:red"></b>

Ukraynanın Ali Radası Kerç boğazında baş verən insidentlə bağlı ölkədə hərbi vəziyyətin elan olunmasını təsdiqləyib.

Trend-in məlumatına görə, hərbi vəziyyət 28 noyabr tarixindən 30 gün müddəti ərzində qüvvədə olacaq.

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb.

 





27.11.2018    çap et  çap et