525.Az

Ölkədə TV və radio yayımı növbəti dəfə dayandırılacaq


 

Ölkədə TV və radio yayımı növbəti dəfə dayandırılacaq<b style="color:red"></b>

Dekabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.

 





27.11.2018    çap et  çap et