525.Az

"Naxçıvan türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib"


 

"Naxçıvan türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib"<b style="color:red"></b>

“Son illər muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri tək Azərbaycanın deyil, ümumilikdə Türk Dünyasının mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada qədim eposlarımızın qəhrəmanları Dədə Qorqud, Koroğlunun heykəlləri ilə yanaşı, əslən Naxçıvandan olan türk dünyasının görkəmli ədəbiyat və incəsənət xadimləri Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli və digər görkəmli şəxsiyyətlərin xatirələri yaşadılır. Bu şəhər Türk Dünyasının böyük oğlu, onun inkişafına, güclənməsinə hər zaman dəstək olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vətənidir”.

Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda çıxışı zamanı deyib.

Fondun fəaliyyətindən? həyata keçirdiyi layihələrdən bəhs edən G.Əfəndiyeva iki ay öncə Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə keçirilən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimindən danışıb.

Çıxışı zamanı gənclərə müraciət edən fond rəhbəri sahib olduğumuz mədəniyyətin qorunması, dünyada təbliğində gənclərdən çox şey asılı olduğunu bildirib. O, həmçinin dağılma təhlükəsi ilə üzləşən bir çox tarixi abidələrin, o cümlədən, Dağlıq Qarabağ və işğal altında olan ərazilərdə məhv olmasının qarşısını almaq üçün cavan nəslin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. 

G.Əfəndiyeva fond tərəfindən türk dünyası gənclərini bir araya toplamaq, bir-birləri ilə daha da yaxından tanış etmək məqsədi ilə fonda üzv olan türkdilli ölkələrdən cəlb olunacaq gənclər üçün təşkil olunacaq düşərgə layihəsi üzərində işlər aparıldığını bildirib.

 





27.11.2018    çap et  çap et