525.Az

Koreyanın Azərbaycana yeni səfiri təyin edildi


 

Koreyanın Azərbaycana yeni səfiri təyin edildi <b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Tonq-opu qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd ediblər. Bu xüsusda, Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin həyata keçirildiyini vurğulayan tərəflər bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini ifadə ediblər.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm infrastruktur layihələr haqqında məlumat verərək Koreya tərəfinin də bu imkanlardan faydalana biləcəyini bildirib.

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Nazir Koreyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 





28.11.2018    çap et  çap et