525.Az

Ərdoğan prezident səlahiyyətlərini 1 həftəlik vitse-prezidentə təhvil verdi


 

Ərdoğan prezident səlahiyyətlərini 1 həftəlik vitse-prezidentə təhvil verdi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.

 





28.11.2018    çap et  çap et