525.Az

Putin Ukrayna gəmilərinin ələ keçirilməsindən danışdı


 

<b style="color:red">Putin Ukrayna gəmilərinin ələ keçirilməsindən danışdı </b>

“Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri var”. 

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kerç boğazındakı hadisə ilə bağlı açıqlamasında vurğulayıb.

O bildirib ki, baş verənlər Ukrayna hökuməti, bəlkə də, elə dövlət başçısı Pyotr Poroşenko tərəfindən seçki ərəfəsində təşkil edilən təxribatdır: 

“Poroşenkoya aşağı reytinqi səbəbindən müxalifətdən olan rəqiblərinə qarşı maneələr yaratmaq lazımdır"-deyə Putin bildirib. 

Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyət tətbiq etmək üçün bu təxribat əvvəlcədən hazırlanıb: 

"Krım Rusiyaya birləşəndən və Donbasda silahlı münaqişədən sonra Ukrayna hərbi rejim tətbiq etmədi. Ancaq adi kiçik bir insidentdən sonra bu rejim tətbiq olunub”.  

Qeyd edək ki, noyabrın 25-də  Qara dənizin Odessa limanından çıxan və Kerç boğazından keçərək, Azov dənizinin Mariupol sahilinə yola düşən 3 Ukrayna gəmisi Rusiya tərəfindən atəşə tutulub. Gəmi heyətinin ələ keçirilməsindən sonra vəziyyət daha da gərginləşib.

Hadisə nəticəsində 6 ukraynalı dənizçi yaralanmışdı.  

Ukrayna Rusiyadan onların dərhal azad edilməsini və geri qaytarılmasını tələb edir. 

İnsidentdən sonra Ukraynada hərbi vəziyyət elan olunub.

 





28.11.2018    çap et  çap et