525.Az

Qulu Novruzov Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdü


 

Qulu Novruzov Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdü<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlunu qəbul edib.

Görüşdə Akademiya ilə TSİ arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunmasının vacibliyini bildirən Qulu Novruzov hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini bildirib.

TSİ-nin Azərbaycandakı  nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu DGKA-da beynəlxalq standartların tətbiqinə dair görülən işlərdən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Akademiya ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. G. Yüzereroğlu Akademiyanın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

S.QARAYEVA

 





28.11.2018    çap et  çap et