525.Az

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi


 

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının yaradıcılığına həsr olunub.

Trend-in məlumatına görə, tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə xalq artisti Gülyanaq Məmmədova -“Tez gəl”, əməkdar artistlər Rəşad İlyasov -“Gəl barışaq”, Zakir Əliyev -“Könlüm sənindir”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Zabitə Hüseynova -“Mən sənin yanına gəlirdim”, Pərviz Qasımov- “Küçəmizdən keçəndə sən”, Günay İmamverdiyeva -“Gedəy üzü küləyə”, Rövşən Əziz -“Heç xəbərin yoxdu sənin”, xanəndə Könül Məmmədli -“Təki sən səslə məni” mahnılarını ifa ediblər.

İfaçıları xalq artisti Ağa Сəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Konsertin son nömrəsi-“Belə ola həmişə” mahnısı Gülyanaq Məmmədova, Rəşad İlyasov, Rövşən Əziz, Könül Məmmədli və Pərviz Qasımovun ifasında səslənib.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və ətnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.

 





29.11.2018    çap et  çap et