525.Az

Trüdo: "Kanada və ABŞ ticarət müqaviləsinin detallarını hələ müzakirə edirlər"


 

Trüdo: "Kanada və ABŞ ticarət müqaviləsinin detallarını hələ müzakirə edirlər"<b style="color:red"></b>

Kanada və ABŞ 3 Şimali Amerika ölkəsi arasında yeni ticarət müqaviləsinin detallarını müzakirə etməyə davam edirlər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Kanadanın baş naziri Castin Trüdo deyib.

C.Trüdo bildirib: "Biz bunu [razılaşmanı] hələ müzakirə edirik". Baş nazir digər təfərrüatlar barədə məlumat verməyib.

Xatırladaq ki, Meksikanın iqtisadiyyat naziri İldefonso Quaxardo daha əvvəl bildirib ki, Meksika, Kanada və ABŞ arasında yeni ticarət müqaviləsi noyabrın 30-u Argentinada G20 sammiti çərçivəsində imzalanacaq.

 





29.11.2018    çap et  çap et