525.Az

"Mən tanıyan Xan əmi" kitabının təqdimatı oldu


 

"Mən tanıyan Xan əmi" kitabının təqdimatı oldu <b style="color:red"></b>

Noyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Yubileylər silsiləsi" layihəsi çərçivəsində şair Şahlar Şuşalının "Mən tanıyan Xan əmi" kitabının təqdimatını keçirib.

Tədbiri Yasamal rayon MKS-nın direktoru, UNESCO-nun "İnformasiya hamı üçün" proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova açaraq tanınmış xanəndə Xan Şuşinskinin ifaçılıq məharətindən və ona həsr edilən kitab barədə fikirlərini bölüşüb. Bildirib ki, 75 il bundan öncə, 1943-cü ildə Moskvadan Bakıya folklor sənətini tədqiq edən bir qrup musiqişünas-professor heyəti gəlir. Xan Şuşinski onlar üçün "Mahur-Hindi" muğamını oxuyanda musiqişünaslar onun güclü səsinə və geniş diapazonuna yüksək qiymət verirlər.

Sonra Xan Şuşinskiyə həsr olunmuş "Şuşa dağlarının Xanı" adlı videoçarx nümayiş olunub.

Tədbirdə akademik Telman Əliyev, "Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək" Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Xalq artisti Canəli Əkbərov və başqaları çıxış edərək Xan Şuşinskinin Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

ŞAHANƏ

 





29.11.2018    çap et  çap et