525.Az

Almaniya vitse-kanslerinin evinə hücum edildi


 

Almaniya vitse-kanslerinin evinə hücum edildi <b style="color:red"></b>

Bir qrup naməlum şəxs gecə saatlarında Hamburq şəhərində Almaniyanın vitse-kansleri, maliyyə naziri Olaf Şoltsun evinə hücum edib.

Trend-in məlumatına görə, təqribən 14 nəfər yaxınlıqda saxlanılmış avtomobilin təkərini yandırıb, içi boya ilə dolu şüşə bankaları isə evin divarına atıblar. Bundan sonra onlar ərazidən qaçıblar.

Hazırda polis araşdırma aparır.

"Spiegel" jurnalı həmin vaxt O.Şoltsun evdə olmadığını yazır. O, Kansler Angela Merkellə birgə G20 ("Böyük səkkizlik") sammitində iştirak etmək üçün Buenos-Ayresə gedib.

 





30.11.2018    çap et  çap et