525.Az

Merkelin təyyarəsi məcburi eniş etdi


 

Merkelin təyyarəsi məcburi eniş etdi<b style="color:red"></b>

Almaniyanın kansleri Angela Merkelin təyyarəsi Köln şəhərində məcburi eniş edib.

Trend-in alman KİV-lərinə istinadən verdiyi məlumata əsasən, məcburi enişə səbəb texniki nasazlıq olub.

Qeyd olunur ki, kansler Argentinanın Buenos-Ayres şəhərinə "G20" sammitinə yollanıb. Təyyarə havaya qalxdıqdan bir saat sonra enməli olub.

Angela Merkelin ehtiyyat təyyarə ilə Argentinaya yollanacağı bildirilir.

 





30.11.2018    çap et  çap et