525.Az

Tramp Çinlə ticarət sazişini imzalamağa hazırdır


 

Tramp Çinlə ticarət sazişini imzalamağa hazırdır<b style="color:red"></b>

ABŞ və Çin ticarət sazişi imzalamağa yaxındılar, ancaq hazırki vəziyyət Amerika tərəfini qane edir.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Argentinaya "G20" sammitində iştirak etmək üçün uçuşundan öncə deyib.

"Düşünürəm ki, biz Çin ilə birlikdə nəsə etməyə çox yaxınıq, lakin mən bunu etmək istədiyimə əmin deyiləm. Hazırda tarif və vergilərdən milyardlarla dollar gəlir gəlir, odur ki, mən bilmirəm", - deyə Tramp bildirib.

Tramp həmçinin əlavə edib ki, Çin saziş bağlamaq niyyətindədir, özü isə (red. - Tramp) sövdələşmənin əldə olunmasına açıqdır: "Lakin düzünü desəm, hazırda əlimizdə olan sazişdən razıyam".

 





30.11.2018    çap et  çap et