525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Avqustun 28-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda 11-16 gecə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 





27.08.2013    çap et  çap et