525.Az

Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılır


 

Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılır<b style="color:red"></b>

Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılacaq. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Yeni Azərbaycan Partiyasının saytına verdiyi verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır: “Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı Layihəsi» çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanmasına başlanılıb.

Beynəlxalq ekspertərin və yerli iş adamlarının iştirakı ilə artıq 200 peşə standartı hazırlanmışdır. Hazırda əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılır.”

 





27.08.2013    çap et  çap et