525.Az

Tramp Alyaskada fövqəladə vəziyyət elan etdi


 

Tramp Alyaskada fövqəladə vəziyyət elan etdi <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Alyaskada baş vermiş güclü zəlzələdən sonra ştatda federal fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin məlumatında qeyd edilib.

Daha öncə isə D.Tramp ştat sakinlərinə dəstək göstəriləcəyinə söz verib.

Qeyd edək ki, Alyaska ştatında 6.6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Ankorica şəhərindən 12 km şimalda, ocağı isə 35.5 km dərinlikdə yerləşib.

 





01.12.2018    çap et  çap et