525.Az

Bakıya hər ay yeni avtobuslar gətiriləcək


 

Bakıya hər ay yeni avtobuslar gətiriləcək<b style="color:red"></b>

Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.

V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.

 





01.12.2018    çap et  çap et