525.Az

Məmmədyarov Meksikanın yeni prezidentinin andiçmə mərasimində


 

Məmmədyarov Meksikanın yeni prezidentinin andiçmə mərasimində <b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksikanın prezidenti Andres Manuel Lopez Obradorun Meksika Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

Trend-ə XİN-dən verilən məlumata əsasən, mərasimdə bir sıra dövlət başçıları, çoxsaylı yüksəksəviyyəli qonaqlar iştirak edib.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb.

Görüş zamanı E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb.

Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.

 





02.12.2018    çap et  çap et