525.Az

Buşun cənazəsi Vaşinqtona gətirilib


 

Buşun cənazəsi Vaşinqtona gətirilib<b style="color:red"></b>

ABŞ-ın 41-ci prezidenti Corc Buşun (böyük) cənazəsi prezident təyyarəsi ilə Vaşinqtona gətirilib.

Trend-in məlumatına görə, cənazə Kapitoliyə yerli vaxtla dekabrın 3-ü saat 17:00-da gətirilib.

Prezidentlə vidalaşmaq istəyənlər dekabrın 4-ü səhər saatlarına qədər bunu edə biləcəklər. Dekabrın 6-sı Hyustonda dərf mərasimi keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti Corc Buş (böyük) noyabrın 30-u 94 yaşında dünyasını dəyişib.

 





04.12.2018    çap et  çap et