525.Az

"Uşaqlar ibtidai təhsillərini ana dilində almalıdırlar"


 

"Uşaqlar ibtidai təhsillərini ana dilində almalıdırlar"<b style="color:red"></b>

Azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində almalıdırlar.

Trend-in məlumatına görə, bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı ilbəil artır: "Bu hal şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik".

Deputat qeyd edib ki, söhbət rus dilinə qarşı çıxmaqdan getmir: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Bu baxımdan son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar”.

 





04.12.2018    çap et  çap et