525.Az

AQTA: "Keşlədə zəhərlənmə hadisəsi dəm qazından baş verib"


 

"BU CÜR MƏLUMATLAR APARILAN ARAŞDIRMALARA VƏ LABORATOR MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİNƏ ƏSASLANMALIDIR"

AQTA: "Keşlədə zəhərlənmə hadisəsi dəm qazından baş verib"<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi media orqanlarına çağırış edib.

Bildirilib ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborartor müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir. Bu, son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur.

Qeyd olunub ki, ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemlərin yalnış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisəni yanlış olaraq eyni səbəblə əlaqələndirib.

Qida Təhlükəsizliyi Agentliyi həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdırmalara və laborator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.

Qeyd edək ki, dekabrın 1-də Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyininə məlumat daxil olub.

Bununla əlaqədər agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Agentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müaliçə təyin edilib. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb.

C.ABASOV

 





04.12.2018    çap et  çap et