525.Az

Hadi Rəcəbli: "Sosial müdafiə sistemində ixtisar olmayacaq"


 

Hadi Rəcəbli: "Sosial müdafiə sistemində ixtisar olmayacaq"<b style="color:red"></b>

"Bizim bütün müzakirələrimizdə bir məsələ, bir fikir oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində heç bir ixtisar olmayacaq. Nazir Sahil Babayevin özü də, digər nazirlik rəsmiləri də bildiriblər ki, ixtisarlar gözlənilmir".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son zamanlar bir sıra qanunlara, o cümlədən, Vergilər Məcəlləsinə edilən köklü dəyişikliklərin icrası zamanı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sistemində ixtisarların yaşana biləcəyi ilə bağlı cəmiyyətin müvafiq kəsimində yaranan narahatçılıqlara münasibətini bildirərkən deyib.

O qeyd edib ki, əksinə adıçəkilən qurumda "DOST" Xidməti və digər srtukturlar yaranır. 

"Həmin strukturlarda da mütəxəssislərdən istifadə olunacaq. Düzdür, sığortanın yığım məsələsi də vergilərə, Vergilər Nazirliyinə verilir, amma bu o demək deyil ki, həmin nazirlik sistemində ixtisarlar olacaq. Heç kim narahat olmasın, ixtisar məsələsi gündəmdə yoxdur" - deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





04.12.2018    çap et  çap et