525.Az

Qazi Qarabağ azanı yenidən Qarabağda səsləndi (Foto)


 

Qazi Qarabağ azanı yenidən Qarabağda səsləndi <b style="color:red">(Foto)</b>

Bərdə və  Tərtərdə “Yeni Üfüq"-ün təşkilatçılığı ilə tədbir keçirlib

“Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək olaraq Bərdə və Tərtər şəhərində avqust ayının 26- da növbəti tədbirini keçirib.Tədbirdə “Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək verməklə ölkəmizdə milli vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini, doğma Qarabağ torpaqlarımızın işğaldan azad olması yolunda bu lahiyəyə ölkənin hər bir inanclı vətəndaşlarının dəstək verməsinin vacib olduğunu bildirib. Qarabağ bölgəsinin ictimaiyyət və nüfuzlu mənəviyyat adamları ilə görüşdə Qarabağ Seyid Ocaqlarının təmsilçi Seyid Camal Əzimbəyli çıxış edərək, Qazi Qarabağ azanın bütün ölkə müsəlmanlarının milli və mənəvi ruha köklənməsində misilsiz bir xidmət olduğunu bildirib.

Hər iki rayonda Qarabağ  azanı səslənərkən duyğulu anlar yaşanıb.

Tədbirdə Qarabağ  Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon sədri Etibar Hüseynova, Tərtər rayon Ağsaqqallar Şurasının sədri, yazıçı Qədir Allahverdiyev, Rayon Cümə Məscidinin axundu Sadiq Cəfərov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva və bölgənin digər ziyalıları bu Qazi Qarabağ azanına dəstəyi müqəddəs borc və vəzifə olduğunu söyləyiblər.

Hər iki şəhərdə  keçirilən tədbirdə Qarabağın nüfuzlu din adamları ziyalılar, müharibə əlilləri, veteranları və şəhid ailələri, eləcə də çoxlu sayda gənclər iştirak edib.

 





27.08.2013    çap et  çap et