525.Az

Təhsildə nailiyyətləri ilə fərqlənənlərə məqsədli pul mükafatı verilə bilər


 

Təhsildə nailiyyətləri ilə fərqlənənlərə məqsədli pul mükafatı verilə bilər<b style="color:red"></b>

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

 





04.12.2018    çap et  çap et