Ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədə uğur qazanmış şəxslərin qeydiyyat müddəti sabah bitir.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Tələbə adını qazananlar avqustun 29-na kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.
Qeyd edək ki, alı məktəblərə qeydiyyat avqustun 20-dən başlayıb.
çap et