525.Az

“Kaspi”nin Masazır filialının balacaları Kukla Teatrında


 

“Kaspi”nin Masazır filialının balacaları Kukla Teatrında<b style="color:red"></b>

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialının məktəbəqədər hazırlıq kursunun rus bölməsində təhsil alan balacalar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında olublar. Balacalar "Qoğal" tamaşasını izləyiblər.

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialının məktəbəqədər hazırlıq kursunun rus bölməsi üzrə müəlliməsi Nailə Nağıyevanın dediyinə görə, teatr sehrli bir dünyadır. Eyni zamanda, insanlara zövq bəxş edən, yeri gələndə ibrətamiz hekayələri ilə dərs verən, əyrini, düzü canlı şəkildə onlara göstərən sənət ocağıdır. Hələ bu ocaq uşaqların könlünü oxşayan, onları nağıl qəhrəmanları ilə tanış edən, həmin qəhrəmanları sevdirən bir məkan olanda, dəyəri daha da artır: “Hər il “Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialı tərəfindən balacalar Kukla teatrına gətirilir. Balacalar burada nümayiş olunan tamaşaları böyük maraqla izləyirlər. Bu gün də ənənəmizə sadiq qalıb balacaları Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına gətirdik”. 

Filialın fəaliyyəti haqda məlumat verən Nailə Nağıyeva bildirib ki, Kaspi Təhsil Şirkətinin Kaspi Masazır filialı 2014-cü il sentyabrın 6-dən fəaliyyətdədir. Burada 4,5,6 yaşlı uşaqlar Azərbaycan və rus bölmələri üzrə məktəbə hazırlanır. Proqrama savad təlimi, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürlərin inkişafı, ətraf aləmlə tanışlıq, intellektual oyunlar, ingilis dili, fiziki tərbiyə, rəsm və əmək daxildir. Filialın peşəkar müəllimləri uşaqların var olan bacarıqlarını inkişaf etdirməyə və yeni bacarıqlar qazanmasına dəstək olurlar.

Nailə Nağıyevanın sözlərinə görə, filialda məktəbəqədər yaşlı uşaqlar, məktəb yaşlı uşaqlar və böyüklər üçün xüsusi ingilis dili proqramları, 4-6 nəfərlik kiçik ölçülü  qruplar  fəaliyyət göstərir:“Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir.

Filialda məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, onlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir”.




 





05.12.2018    çap et  çap et