525.Az

Nigeriyada özünü ölkənin birinci xanımı kimi qələmə verən qadın saxlanıldı


 

Nigeriyada özünü ölkənin birinci xanımı kimi qələmə verən qadın saxlanıldı <b style="color:red"></b>

Nigeriyada xüsusi xidmət orqanları özünü ölkənin birinci xanımı kimi qələmə verən qadını saxlayıb.

Trend-in məlumatına görə, Əminə Məhəmməd adlı qadın naməlum şəkildə prezident Məhəmməd Buharinin iqamətgahına daxil olub və Nigeriyanın birinci xanımının ofisindən fırıldaqçılıq məqsədilə istifadə edib.

Yerli biznesmenlərdən birinin sözlərinə görə, həmin qadın onu birinci xanım adından görüşə dəvət edərək 400 min dollardan çox pulunu alıb.

Qeyd olunur ki, daha əvvəl həmin qadın özünü Koqi ştatının qubernatorunun həyat yoldaşı kimi tanıdıb.

 





05.12.2018    çap et  çap et