525.Az

Dillər Universitetində Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə görüş


 

Dillər Universitetində Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə görüş <b style="color:red"></b>

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ilə görüş təşkil olunub.

Əvvəlcə qonağı universitetin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qəbul edib. Görüşdə qarışılıqlı faydalı əməkdaşlıq və gələcək perspektivlər haqqında müzakirələr aparılıb.

Sonra universitetin Heydər Əliyev adına lektoriyasında ADU tələbələri ilə Leyla Abdullayevanın görüşü keçirilib.

XİN-nin rəsmisi Azərbaycanın müstəqillik illərində əsasının Ümummilli Lider tərəfindən qoyulduğu fundamental xarici siyasət haqqında danışıb, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi və rolundan bəhs edib.

Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu bildirən L.Abdullayeva tələbələri Xarici İşlər Nazirliyinə dəvət edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 





05.12.2018    çap et  çap et